Balıqçılıq təsərrüfatı

AQAT Şirkətinin yeni fəaliyyət istiqaməti balıqçılıq təsərrüfatı üçün istənilən növ avadanlıqların satışıdır. Bundan əlavə şirkətimiz balıqçılıq fermalarının innovativ təşkili növü olan Qapalı Su Sistemlərini təqdim edir. Qapalı Su Sistemlərində balıq yetişdirməyin süni göllərdən istifadədən üstün edən bir şıra cəhətlər vardır ki, onlardan da ən əsası bu sistemdə balıqların daha tez və daha sağlam böyüməsidir. Məsələ burasındadır ki, balıqlar da bəzi digər canlılar kimi temperaturun aşaöı olduğu aylarda yuxuya gedir. Bu zaman balıqların inkişafı dayanır. Qapalı Su Sistemlərində suyun temperaturu il boyu stabil qaldığı üçün balıqlar da il boyu eyni sürətlə inkişaf edir. Bundan əlavə tabiıt şəraitindən frqli olaraq qapalı sistemlərda balıqlar xəstəliklərdən daha yaxşı qorunmuş olur. Şirkətimiz fermalar üçün müxtəlif bioloji və mexaniki su filterləri, dizinfeksiya edən ozon aparatları, oksigen generatorları, mayalanmış kürü üçün inkibatorlar, lazımi hər növ plastik çənlər, sistem üçün tələb olunan bütün digər aksessuarları təklif edir. Bu sahədə şirkətimiz 7 xarici şirkəti təmsil edir. Bu şirkətlərin təklif etdiyi bir sıra məhsullar təkcə balıq fermaları deyil, eləcə də süni göllər, üzgüçülük hovuzları, spa salonlarda istifadə oluna bilər.

Evolution Aqua

"Evolution Aqua" şirkəti balıqçılıq təsərrüfatı, akvariumlar, süni göllər, üzgüçülük hovuzları üçün Böyük Britaniya istehsalı olan filterlər, suyu kimyəvi maddələrsiz şəffaflaşdıran ultra bənövşəyi lampalar və digər avadanlıqlar təklif edir.

ƏTRAFLI

WaterCo

"WaterCo" spa salonları, üzgüçülük hovuzları, balıqçılıq təsərrüfatı üçün mexaniki filterlər, su nasosları və bir sıra digər sistemlər təklif edən Avstraliya şirkətidir. Unikal texnologiyalarla hazırlanan "MultiCyclon" filteri istənilən su hövzələrindən xirda hissəciklərin filtrasiyası üçün innovativ məhsuldur.

ƏTRAFLI

ProfiDrum

Holland şirkəti olan "ProfiDrum" uzun illər boyu istifadə olunan, professional səviyyəli baraban tipli filtelər istehsal edir. Bu filterlər balıqçılıq təsərrüfatında istifadə üçün nəzərdə tutulan ənənəvi məhsuldur. "ProfiDrum"şirkəti müassir texnologiyaların əlavə olunması ilə ideal filterlər yaradır.

ƏTRAFLI

Sibo FLuidra

"Sibo Fluidra" su ilə əlaqəli hər sahə üçün müxtəlif avadanlıqlar təklif edir. Balıqçılıq təsərrüfatı, üzgüçülük hovuzları, göllər üçün istənilən avadanlıq və aksessuarlar təklif etməklə yanaşı şirkət suvarma sistemləri və onlara aid aksesuarlar da təklif edir. Özünün istehsalı olan "Aqua-Forte" brendi altında da şirkət müxtəlif su nasosları və baraban tipli filterlər təklif edir.

ƏTRAFLI

Fiap GmbH

Alman markası olan "Fiap" balıqçılıq təsərrüfatı və müxtəlif süni su hövzələri üçün yüksən keyfiyyətli mallar təklif edir. Müxtəlif filterlər, nasoslar və digər avadanlıqlarla bərabər şirkət həmçinin balıqçılıq təsərrüfatında ən çox diqqət və qayğı tələb edən proses olan mayalanmış kürünün inkubasiyası üçün tələb olunan bir sıra mallar təklif edir.

ƏTRAFLI

OGSİ

İstənilən balıqçılıq fermasinda ən əsas məqamlarda biri balıqları lazım olan oksigen həcmi ilə təmin etməkdir. Oksigen çatışmazlığı və ya artıqlığı balıqların istər inkişafında, istərsə də saölamlığında bir şıra fəsadlar yarada bilər. Buna görə də oksigen generatorlarının seçiminə xüsusi diqqət ayırmaq lazımdır. "OGSİ" oksigen generatorları ABŞ istehsalı olmaqla hər həcmə və tələbə uyğun yüksək keyfiyyətli oksigen generatorları istehsal edir.

ƏTRAFLI

Aller Aqua

Təklif etdiyimiz malların istifadəsi ilə balıqçılıq fermanız üçün mükəmməl qapalı su sistemi yaratdıqdan sonra bu sistemə balıq buraxmağın vaxtı gəlir. Bu zaman ortaya çıxan növbəti vacib məsələ balıqları nə ilə yemləməkdir. "AQAT" Şirkəti bu məsələdə də sizə yardımçı olacaq. Danimarka brendi olan "Aller Aqua" şirkəti istənilən ölçüdə və inkişaf pilləsində olan müxtəlif balıq növləri üçün yüksək keyfiyyətli balıq yemləri təklif edir. Saxta yemlərdən yan keçmək məqsədilə "Aller Aqua" yemlərini yalnız bizdən əldə etməyinizi tövsiyyə edirik.

ƏTRAFLI