Yer örtükləri

AGAT Company 25 ildən artıqdır ki, müxtəlif kovrolin, xalça, vinil döşəmə (PVC linoleum) və başqa növ yer örtüklərini öz müştərilərinə təklif edir. Bu sahədə biz yer örtükləri istehsalında dünya liderləri olan, Belçikaya aid "Bealieu İnternational Group" və "Balta Group" ilə əməkdaşlıq edərək onları Azərbaycan bazarında təmsil edirik. İstər məişət, istərsə də kommersial (hotel, restoran, ofis və s.) istifadə üçün nəzərdə tutulan yer örtüklərimiz yüksək keyfiyyəti və uzunömürlülüyu ilə seçilir. Bundan əlavə müştərilərimizə isti döşəmələr, plintustal, süni ot örtüyü, modul tipli idman meydançaları da təklif edirik

Beaulieu International Group

Beaulieu İnternational Group dünyaca tanınmış şirkətlər qruplarından biridir. İstər xammal və yarımfabrikatların, istərsə də hazır yer örtüklərinin istehsalında dünya bazarının böyük hissəsinə sahib olan bu qrupun baş ofisi və zavodları Belçikada yerləsir. Divardan-divara kovrolin istehsalında "Beaulieu İnternational Group" dünya lideri hesab edilir. Qrupun tərkibinə 27 fabrikada çalışan 5 200 əməkdaş, 16 fərqli ölkədə nümayəndəliklər və paylama mərkəzləri daxildir. Şirkətimiz 1992-ci ildən bəri "Beaulieu İnternation Group"-un Azərbaycanda rəsmi nümayəndəsidir.

İdeal

"İdeal®" evlər üçün divardan-divara kovrolin məhsullarının dizaynı və istehsalında ixtisaslaşmışdır. Öz valehedici dizaynları və geniş rəng seçimi ilə "İdeal®" brendinə aid kolleksiyalarda hər evə uyğun yer örtükləri mövcuddur.

ƏTRAFLI

Carus

"Carus®" hotellər, ofislər, restoranlar və digər kommersiya obyektləri üçün yüksək keyfiyətli divardan-divara kovrolin istehsal edir. Belçikada peşəkarlar tərəfindın istehsal olunan bu kovrolinlər öz rəqiblərindən zəmanətli uzunömürlülüyu ilə seçilir.

ƏTRAFLI

Juteks

Juteks® şirkəti Belçikanın Beaulieu International Group şirkətlər qrupuna daxil olub, müxtəlif tətbiqlər üçün vinil döşəmə örtüklərinin istehsalı ilə məşğuldur. Şirkətin hazırki zavodu hər il 25-27 milyon m² yer örtüyü istehsal edir.

ƏTRAFLI

BeauFlor

Vinil örtüklərinin istehsalı üzrə dünya liderlərindən biri olan "Beauflor®", Belçikanın "Beaulieu International Group" şirkətlər qrupuna daxil olub, yüksək keyfiyyətli vinil yer örtüklərinin ən geniş kolleksiyasını təqdim edir.

ƏTRAFLI

Orotex® və Real®

"Orotex®" istər sərgi zalları, istərsə də açıq hava şəraitində terraslarda və eyvanlarda istifadə oluna bilən yer örtükləri istehsal edir. "Real®" öz növbəsində kütləvi hərəkət olan obyektlər üçün kommersial divardan-divara kovrolin məhsulları təklif edir.

ƏTRAFLI

BerryAlloc

"BerryAlloc®" yer örtükləri sferasında beynəlxalq brenddir. Yüksək keyfiyyətli və dözümlü parket və laminat örtükləri sayəsində "BerryAlloc®" bir çox yaşayış və komersiya proyektlərində uğurla iştirak etmişdir. «Harada olur olsun, həmişəlik».

ƏTRAFLI

Balta Group

Belçikanın "Balta Group" şirkətlər qrupu Avropanın ən böyük tekstil yer örtükləri istehsalçısıdır. Balta Group yun xalçalar, divardan-divara kovrolin və kommersiya obyektləri üçün plitə şəkilli kovrolin istehsalı ilə məşğul olur. Şirkətlər qrupunda çalışan 3,400 əməkdaş; professional, müştərinin maraqlarına əsaslanmış yanaşma sayəsində Balta Group bir çox ölkələrdə keyfiyyətli, etibarlı partnyor kimi şöhrət qazanıb. Şirkətin əsas məqsədi yüksək keyfiyyət və xidməti ilə öz müştərilərini hərtərəfli olaraq razı salmaqdır.

Modulyss

"Modulyss®" 25 ildən artıqdır ki, yüksək keyfiyyətli kommersiya obyektləri üçün plitə şəkilli kovrolin istehsalı üzrə ixtisaslarşır. 2010-cu ildən etibarən "Balta Group" tərkibinə keçmişdir. "Modulyss®" məhsullarını fərqləndirən məqamlarlardan biri də 15 illik zəmanətin verilməsidir.

ƏTRAFLI

Balta Carpets

"Balta Carpets" polipropilendən (PP) hazırlanmış divardan-divara kovrolin istehsalında bazar lideri olmaqla yanaşı həm də 100% təmiz yundan kovrolin istehsal edir. Bundan əlavə kolleksiyalarda 50x50 sm ölçülü yüksək keyfiyyətli plitə şəkilli kovrolinlərə də geniş yer ayrılmışdır.

ƏTRAFLI

iTC

"iTC®" evlər üçün divardan-divara yer örtükləri istehsalçısı olmaqla "Balta Group" daxilində fəaliyyət göstərir. "iTC" geniş çeşidə malik, istehsalatda xüsusi materiallardan (İMPREL poliamid və AMAİZE PTT trieksta) istifadə etməklə bütün keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yer örtükləri ilə öz rəqiblərindən fərqlənir.

ƏTRAFLI

Balta Home

"Balta Group" diviziyalarında biri olan "Balta Home" mexaniki toxunma üsulu ilə hazırlanan xalçaların istehsalçısıdır. Öz kreativliyi, innovativliyi və digər xüsusiyyətlərinə görə dünyanın tanınmış xalça istehsalçılarından birinə çevrilmişdir.

ƏTRAFLI

Aksessuarlar

Evinizdə, ofisinizdə və ya digər yerlərdə yer örtükləri seçən zaman vacib məqamlardan biri də uyğun aksessuarlar seçməkdir. Məsələn plintus. Düzgün seçilmiş plintus istər yer örtüyünə, istər divarlara, istərsə də otaqdakı mebellərə uyğun olmaqla otağın dizaynına əsaslı təsir göstərmiş ola bilər. Onu da unutmamalısınız ki, aksessuarlar yalnız estetik məqsədlərlə deyil, eyni zamanda praktikliyi ilə otaqdakı şəraitin yaxşılaşdırılmasında vacib rol oynayır.

Calorique

"Calorique" şirkəti 1980-cı ildə ABŞ-da təsis edilmişdir. Elektrikin səmərəli istifadəsi və alternativ enerji texnologiyalarının inkişafı ilə "Calorique", isti yer və tavan sistemləri üçün elastik qızdırıcı lent qatlarının istehsalına başladı.

ƏTRAFLI

FN

Yer, divar və tavan üçün profil istehsalı üzrə lider sayılan Avstriyanın "FN" şirkətinin əsas məqsədi müştəri və partnyorlarını razı salmaqdır. Şirkət istehsal etdiyi məhsulların innovativliyi və funksionallığı ilə daim gələcəyə doğru inkişaf edir.

ƏTRAFLI

İdman meydançaları

Bir çoxunuz idman meydançalarının düzəldilməsini çox qəliz və baha hesab etməklə əlçatmaz görürsünüz. Əslində bu heç də belə deyil. Məsələn, futbol meydançası düzəldən zaman təklif etdiyimiz süni ot örtüyündən istifadə etməklə təbii otun tələb etdiyi bir sıra xərclərinizi azaltmaqla yanaşı ondan heç nəyi ilə fərqlənməyən professional meydança əldə etmiş olacaqsınız. Modul tipli idman meydançaları isə sizə eyni meydançadan fəqli tədbirlərdə və fərqli məkanlarda istifadə etmək imkanı yaradacaq.

Connor Sport Court

"Connor Sport Court" idman meydançaları sferasında lider olub, NBA, NCAA, FIBA, USATF və USA Volleyball kimi məhşur assosiasiyalarla əməkdaşlıq edir. Şirkətin həm taxta, həm də sintetik örtükləri hər idman növünə və istifadəyə uyğun istehsal edir.

ƏTRAFLI

Domo Sport Grass

"Domo® Sports Grass" idman örtükləri üzrə dünya liderlərindəndir. 30 ildən çox təcrübəsi olan "Domo® Sports Grass" süni qazonun innovativ istehsalı üzrə dünya lideri olmaqla "Sports & Leisure Group NV" şirkətlər qrupunun rəsmi brendidir.

ƏTRAFLI

EuroField

2006-cı ildə təsis olunandan bəri "EuroField" şirkəti süni ot örtüyünün ən uğurlu istehsalçılarından birinə çevrilmişdir. Şirkətin məhsulları professional və yüksək keyfiyyətli olub, əsl qazon xüsusiyyətlərinə çox yaxındır. "EuroField" bu sferada Avropa üzrə ən tanınmış brendlərdən biridir.

ƏTRAFLI