Orotex haqqında

Orotex Belçikanın Beaulieu International Group şirkətlər qrupunun üzvüdür. 1978-ci ildən müxtəlif növ xalça və kavrolin istehsalı üzrə lider şirkətlərdəndir. Yaxşı düşünülmüş investisiya və strategiya sayəsində Orotex müştərilərin istənilən tələblərinə cavab verməyə qadirdi. Davamlı innovasiyalar sayəsində şirkət ətraf mühitə zərərsiz istehsalat qabiliyyətinə nail olub. Orotex müxtəlif materiallardan hazırlanıb müxtəlif tətbiqlər üçün nəzərdə tutulmuş yer örtüklərinin istehsalı ilə məşğul olur. Belə ki, şirkət ümumi istifadə, avtomativ industriya, yüksək dözümlü istifadə və sərgi zalları üçün nəzərdə tutulmuş yer örtükləri, həmçinin süni qazonların istehsalı ilə seçilir.