Connor Sport Court haqqında

Connor Sport Court idman meydançaları sferasında lider olub, NBA, NCAA, FIBA, USATF və USA Volleyball kimi məhşur assosiasiyalarla əməkdaşlıq edir. Şirkət həm taxta, həm də sintetik örtükləri hər idman növünə, tikiliyə və istifadəyə uyğun istehsal edir. Dünyada keçirilən atletik yarışların çox hissəsi Connor Sport Court meydançaları üzərində keçirilir. Sport Court® adı Connor Sport Court International şirkətinin ticarət nişanı olub, məhsulların orijinallığı və uyğunluğuna zəmanətdir. 1974-cü ildən bəri şirkət öz məhsullarının keyfiyyətinin, müştərilərinə göstərdiyi xidmətlərin inkişaf olunması üçün ddaima çalışır.