BeauFloor haqqında

Vinil örtüklərinin istehsalı üzrə dünya liderlərindən biri olan Beauflor®, Belçikanın Beaulieu International Group şirkətlər qrupuna daxil olub, yüksək keyfiyyətli vinil yer örtüklərinin ən geniş kolleksiyasını təqdim edir. Trend və texnoloji yeniliklərlə istiqamətləndirilmiş bu şirkətin əsas məqsədi müştərilərini ilhamlandırmaq və razı salmaqdır. Qonaq otağıç yataq, hamam, mətbəx, dəhliz və hətta ofis üçün, təbii daş və ya taxta görünüşlü vinil örtükləri koleksiynı nəzərdən keçirə bilərsiniz. Beauflor® istənilən növ otaqlara uyğun vinil örtükləri istehsal edir. İstehsal olunan vinil yer örtükləri yüksək keyfiyyətinə görə CSTB sertifikatı ilə təltif olunub. Bu vinil yer örtükləri səssizliyi, uzunömürlüyü və asan xidmət olunması ilə seçilir. Beauflor® şirkəti həmçinin təbiətin də qayğısına qalır. belə ki, şirkətin istehsal etdiyi vinil yer örtükləri 100% təkar emal olunandır və REACH standartlarına uyğundur.