BerryAlloc haqqında

BerryAlloc yer örtükləri sferasında beynəlxalq brenddir. Yüksək keyfiyyətli və dözümlü parket və laminat örtükləri sayəsində BerryAlloc bir çox yaşayış və komersiya proyektlərində uğurla iştirak etmişdir. «Harada olur olsun, həmişəlik.» BerryAlloc brendinin bütün dəyərlərini açıq nümayiş etdirir. ‘Harada olur olsun’, çünki BerryAlloc məhsulları həm şəxsi həm kommersiya istifadəsi üçün, mənzil, mağaza, fitnes, hotel, ofis - istənilən yer üçün uyğundur. ‘Həmişəlik’, çünki BerryAlloc məhsulları yüksək keyfiyyətli və yüksək dözümlü olub, ömürlük zəmanətə sahibdir. BerryAlloc daima innovativ həlləri ilə seçilib. Belə ki, bu şirkətin ixtira etdiyi alüminium birləşdirmə sistemi laminat örtüklərinin yapışqansız tətbiqinə şərait yaradıb. Bununla da, şirkətin məhsullarının quraşdırılması və xidməti dəfələrlə asanlaşıb.